Futbolçumuzun komandasının oyununda dava düşdü, matç yarıda qaldı

Türkiyə Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Karşıyaka” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Kurtalanspor”la qarşılaşıb. Qarşılaşma 3:1 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Baxmayaraq ki, görüşün son dəqiqələrində dava-dalaş düşdüyünə görə, hakim matçı tam başa çatdıra bilməyib. Amma böyük ehtimalla Türkiyə Futbol Federasiyası ya bu nəticəni qüvvədə saxlayacaq, ya da “Kurtalanspor”a texniki məğlubiyyət verəcək.

Qeyd edək ki, “Karşıyaka”nın baş məşqçisi komandanın bir neçə aparıcı üzvü ilə yanaşı, Kamrana da istirahət verdiyindən, kubok qarşılaşmasında onların xidmətindən yararlanmayıb.

Həmin kateqoriyadan