Futbolumuzun başbilənləri ərəb şeyxləri ilə görüşüb

Bəhreyn və Azərbaycan yoldaşlıq oyunundan öncə hər 2 tərəfin futbol assosiasiyası arasında görüş keçirilib.

Allsport.az xəbər verir ki, görüşdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, icraiyyə komitəsinin üzvü İsgəndər Cavadov, baş katib Elxan Məmmədov, BFA-nın vitse-prezidenti Ali Al Buainain və baş katib Ebrahim Al Buainain iştirak edib.

Hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan