Futbolumuzun sədri-əzəmi Avropa liqası-2019 layihəsinin nümayəndələri ilə görüşüb

Gələn il Avropa liqasının finalı ilə əlaqədar UEFA layihəsinin nümayəndələri paytaxtda səfərdədir. Allsport.az saytı xəbər verir ki, qonaqlar oyunun keçiriləcəyi Bakı olimpiya stadionunda olublar.

AFFA baş katibi Elxan Məmmədov, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib, final qarşılaşmasına hazırlıq işləri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb.

18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.

Həmin kateqoriyadan