Futzal millimiz ardıcıl 5-ci dəfə Avropa çempionatının finalına adlayıb

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan “B” qrupunda mübarizəyə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son görüşdə Macarıstan və Azərbaycan milliləri qarşılaşıblar. Bakı İdman Sarayında keçirilən oyun komandamızın böyük hesablı qələbəsi ilə bitib – 6:1.

Beləliklə, 3 matçdan 9 xal toplayan Azərbaycan yığması final mərhələsinə vəsiqə qazanıb. Avropa çempionatı 2018-ci il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lüblyanada təşkil olunacaq.

Həmin kateqoriyadan