Futzalçılarımızın rəqibləri məlum olub

2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin mübarizə aparacağı komandalar müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində bu gün keçirilmiş püşkatmanın nəticələrinə əsasən, yığmamız Macarıstan, Bosniya və Herseqovina və ilkin seçmə mərhələnin “D” qrupunun qalibi olacaq kollektivlə birgə 2-ci qrupda yer alıb.

İlkin seçmə mərhələnin “D” qrupunda İngiltərə, Bolqarıstan, Albaniya və Malta milliləri mübarizə aparacaqlar. Qeyd edək ki, futzalçılarımızın yer aldığı 2-ci qrupun oyunları 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək.

Həmin kateqoriyadan