Gələn il gimnastika üzrə 2 Avropa çempionatı Bakıda keçiriləcək

Azərbaycan 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək. Allsport.az saytı xəbər verir ki, bu qərar Avropa Gimnastika İttifaqının icraiyyə komitəsinin iclasında qəbul olunub.

Milli Gimnastika Arenası ilk dəfə mayın 23-25-də qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Son 5 ildir Azərbaycanda inkişaf etdirilən bu idman növü üzrə çempionatın məhz Bakıda təşkili yerli gimnastların inkişafına müsbət təkan verəcək.

Mayın 31-dən iyunun 2-dək isə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Bununla da Bakıda 4-cü dəfə idmanın bu növü üzrə qitə birinciliyi təşkil olunacaq.

AGF 2019-cu ildə idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə dünya kuboku mərhələlərinə, həmçinin bədii gimnastika üzrə dünya kuboku və dünya çempionatına da ev sahibliyi edəcək.

Həmin kateqoriyadan