Gələn ilin aerobika üzrə dünya çempionatı Bakıda olacaq

2020-ci ildə aerobika gimnastikası üzrə dünya çempionatı paytaxtda keçiriləcək. Allsport.az saytı xəbər verir ki, qərar FIG-in icraiyyə komitəsinin Sankt-Peterburqdakı iclasında qəbul olunub.

Bu idman növünün ölkəmizdə populyarlaşmasında mühüm rol oynayacaq rəqabət gələn il mayın 14-16-da baş tutacaq. Çempionatdan əvvəl mayın 8-10-da dünya yaş qrupu yarışı da Bakıda keçiriləcək .

Həmin kateqoriyadan