- Baxış sayı: 22
- 24 Aprel 2024 10:00
- Baxış sayı: 32
- Aprel 23, 2024
- 0
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Lənkəran klubu Rumıniyanın “Universitatya” (Krayova) komandası ilə münasibətlərinə aydınlıq gətirib.
Cənublular bu dəfə də məğlubiyyətlə üzləşiblər. Rumınlar 3 cavabsız qolla qalib gəliblər.
Qeyd edək ki, Elbrus Məmmədovun komandası bundan əvvəlki yoxlama oyunlarında Türkiyənin “Təkirdağspor” klubu ilə sülh bağlamış (2:2), Almaniya “Kemnitser”i (0:2) və Ukrayna “Metallurq”una (1:2) uduzmuşdu.
Yoxlama oyunu
21 yanvar
“Xəzər Lənkəran” – “Universitatya” – 0:3 (0:1)