Gəncə klubu hazırlığı bitirib

Topaz premyer liqasının 22-ci turunda “Keşlə”ni qəbul edəcək “Kəpəz” klubu bu gün keçirdiyi məşqlə oyunun hazırlığını tamamlayıb.

Allsport.az saytı xəbər verir ki, çalışmalardan əvvəl bu gün 29 yaşını qeyd edən Şəhriyar Rəhimovu komanda üzvləri adından təbrik edən baş məşqçi Yunis Hüseynov ona uğurlar arzulayıb. Kapitanın doğum gününə ən böyük hədiyyənin qələbə olacağı vurğulanıb.

Bakı klubuna qarşı oyunda “sarı-göylər”in iki oyunçusu iştirak etməyəcək. Dedimar Ferreyra zədəli olduğundan, Giuli Manjqaladze isə sarı vərəqə limitini doldurduğundan, matçda forma geyinə bilməyəcək. Ötən tur “Zirə” ilə ev oyununda zədələnən Şəhriyar Əliyevin durumu isə yaxşıdı.

Həmin kateqoriyadan