“Kəpəz”in fasilə üçün hazırlıq planı müəyyənləşib

Milli komandaların DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən premyer liqasında yaranan fasilə müddəti üçün “Kəpəz”in hazırlıq planı müəyyənləşib.

Allsport.az saytı xəbər verir ki, Gəncə klubu oktyabrın 3-də Bakıda məşqləri bərpa edəcək. Komanda oktyabrın 7-nə kimi, adəti üzrə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlaşacaq. Çalışmalar hər gün saat 16:00-da başlayacaq.

“Sarı-göylər”in fasilə dövründə yoxlama oyunu keçirməsi də planlara daxildi. Belə ki, Nizami yurdunun təmsilçisi oktyabrın 8-də “Səbail” ilə qarşılaşacaq. Bu oyundan sonra bir gün istirahət edəcək komanda üzvləri ayın 10-dan “Dalğa Arena”nın süni meydançasında “Zirə”yə qarşı çempionat matçının hazırlıqlarına start verəcək.

Həmin kateqoriyadan