Gəncə şəhər stadionunun əsas meydanına 2-ci toxum növü səpilib

Gəncə şəhər stadionunun əsas meydanının yenilənməsi davam edir. Allsport.az saytı xəbər verir ki, sahəyə Niderland istehsalı olan lolium adlı 2-ci toxum növü səpilib.

Əkin işlərindən öncə toxumların inkişafını sürətləndirmək üçün xüsusi texniki qurğu vasitəsilə ilə havalandırma prosesi aparılıb. Sonra səpinə başlanıb. 8000 kvadrat metr ərazini əhatə edən sahəyə 300 kq toxum əkilib. Bu növ toxumlar soyuq havaya davamlı hesab olunur.

Stadionda işləri həyata keçirən SİS şirkətindən verilən məlumata görə, səpinin ardından meydançaya 35 ton qum verilib. Toxumların cücərməsi üçün bir həftə vaxt tələb olunur.

Həmin kateqoriyadan