Gəncə stadionuna ot örtüyü döşənir

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydançanın salınması prosesi son mərhələdədir. Allsport.az sayti xəbər verir ki, artıq meydan üçün nəzərdə tutulan ərazidə qazonun döşənməsinə start verilib

Qaydaya uyğun olaraq əvvəlcə asfalt örtük üzərinə xüsusi yumşaldıcı vasitə olan şokpet vurulur və daha sonra süni qazon döşənir. Meydanın uzunluğu 105, eni isə 68 metr olmaqla standart ölçülərə malikdir. Futbol infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən layihə AFFA tərəfindən icra olunur.

Süni meydança hazır olduqdan sonra “Kəpəz”in əsas komandası ilə yanaşı, klubun aşağı yaş qruplarından ibarət komandaları da burada məşq edib oyunlara çıxa biləcəklər.

Həmin kateqoriyadan