Gəncədə cüdo üzrə xatirə turniri keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialında cüdo üzrə xatirə turniri keçirilib. Allsport.az xəbər verir ki, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş idmançılar – Seyfəddin Kərimov, Ramin İsmayılov və Vahid Ağalarovun xatirəsinə həsr olunmuş turnirdə əvvəlcə Azərbaycanın dövlət himini səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yeniyetmə və gənclər arasında təşkil olunmuş yarışda Gəncədən başqa respublikamızın digər bölgələrindən ümumilikdə 200 nəfər idmançı iştirak edib. Turnirin sonunda fəxri kürsüyə yüksələn idmançılara fəxri fərmanlar və medallar təqdim olunub.

Həmin kateqoriyadan