Gəncədə kikboksçuların yarışı keçirilib

Gəncə Olimpiya İdman Kompleksində kikboksçular arasında Uşaq-Gənclər Fiziki Hazırlıq Klubunun açıq birinciliyi keçirilib. Allsport.az xəbər verir ki, bu yarış ilk dəfə təşkil olunub və bundan sonra ənənəvi xarakter daşıyacaq. Rəqabətdə 8 şəhər və rayondan idmançılar mübarizəyə qatılıb.

Gəncə komandasının üzvləri ilə eyni rinqi Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Kürdəmir, Naftalan və Samux təmsilçiləri bölüşüb. 4 yaş qrupu üzrə ümumilikdə, 13 komandadan 200-ə yaxın iştirakçı mükafatlar uğrunda bacarığını ortaya qoyub. “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialı bu yarışda 4 idmançı ilə iştirak edib. Məşqçi Elşad Yusubovun yetirmələri 2 medal qazanıb. 2000-2001-ci il təvəllüdlü yeniyetmələrin birinciliyində 54 kq çəkidə Adil bayramov və nisbətən azyaşlıların birinciliyində isə 39 kq da İbrahim Avəndi ikinci yerə sahib çıxıblar.

Yarışın yekunlarına əsasən, 51 kq-da Pərvin Babayev Samux, 54 kq-da Sərxan Hacıyev Mingəçevir, 57-də Orxan İsrafilov Fiziki Hazırlıq Klubu Gəncə, 60-da Ramil Cəfərli Samux, 63,5-da Vasif Qasımov 2 saylı UGİM Gəncə, 67 kq-da Fərid Həsənov Tərtər, 71-də Bəxtiyar Abdullayev Fiziki Hazılıq Klubu Gəncə, 75-də Türkel Quluzadə Mingəçevir, 81 kq çəki dərəcəsində Elşən Nuriyev, 86-da Sahib Quliyev və 91 kq-da Altay Qurbanlı hamısı Fiziki Hazılıq Klubu Gəncə – açıq birinciliyin qalibi olublar. Fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim olunub.

Ümumi hesabda Fiziki Hazılıq Klubu 1-ci, 2 saylı UGİM 2-ci, Kəlbəcər komandası 3-cü yeri tutub.

Həmin kateqoriyadan