“Gəncə”nin voleybolçusu: “İqtisadçı” ilə oyun final sayılacaq

Qadın voleybolçular arasında “Gəncə” TİM cari mövsüm 1-ci liqada mükafata iddialıdır. Bunu allsport.az-a açıqlamasında komandanın hücumçusu Günay Verdiyeva deyib. Onun sözünə görə, “Gəncə” itkisiz irəliləyir, keçirdiyi 4 görüşün hamısında qalib gəlib:

“Martın 9-da “Xətai”, 10-nunda isə “İqtisadçı” ilə qarşılaşacağıq. Adını son çəkdiyim klub da bizim kimi uduzmayıb. Son turu final oyunu kimi də adlandırmaq olar. Komandamızda ovqat yüksəkdir. Bu yarışmada müküfatçılar sırasına düşəcəyimizə inanıram”.

Həmin kateqoriyadan