Gənc ağırlıqqaldıranlar arasında Azərbaycan birinciliyi

11-12 mayda Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasında 20 və 23 yaşlı gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın ağırlıqqaldıran mübarizə aparacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Həmin kateqoriyadan