Gənc ağırlıqqaldıranlarımız Tokio-2020-yə xal verən qitə birinciliyinə yollanır

17-27 oktyabrda Rumıniya paytaxtı Buxarestdə gənc ağırlıqqaldıranların Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Tokio-2020-yə lisenziya xalı verən yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edəcəklər. Bu rəqabətə baş məşqçi Asif Məmmədovun rəhbərliyi ilə millimiz də qatılacaq:

20 yaşa qədər
Qızlar: Səbinə Əzimova (55kq);
Oğlanlar: Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (+109 kq).

23 yaşa qədər
Qadın: Mərziyyə Məhərrəmova (49 kq);
Kişilər: Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq), Kənan Əliquliyev (81 kq).

Hakimlər dəstəsində bizdən Məmməd Məmmədov yer alacaq.

Həmin kateqoriyadan