Gənc boksçularımız dünya birinciliyinin və olimpiadanın hazırlığına başlayıblar

Gənc boksçulardan ibarət milli növbəti təlim-məşq toplanışına başlayıb. Allsport.az saytı xəbər verir ki, Avropa birinciliyindən sonra istirahətdə olan komandamız Sumqayıtda bir araya gəlib.

Baş məşqçisi Vaqif Şirinov toplanışa 15 nəfər cəlb edib. İlk mərhələ iyunun 5-dək davam edəcək. Sumqayıt olimpiya idman kompleksində təşkil edilən hazırlıqda əsasən fiziki çalışmaya üstünlük verilir.

Bununla da avqustda Macarıstanda keçiriləcək dünya birinciliyi və oktyabrda Argentinada baş tutacaq yeniyetmələrin olimpiya oyunlarının hazırlığı başlayıb.

Həmin kateqoriyadan