Gənc boksçular Gürcüstanda 5 qızıl və 4 gümüş medal qazandı, komanda hesabında 1-ci oldu

Gürcüstanın Kutaisi şəhərində gənc boksçuların beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan komandaları mübarizə aparıblar. Millimiz qonşu ölkədə 5 qızıl və 4 gümüş medal qazanıb.

Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) bütün rəqiblərinə qalib gəliblər. Yalnız finalda uduzan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) 2-ci yerlə kifayətləniblər.

Bu göstərici Azərbaycan yığmasını komanda hesabında birinci sıraya yüksəldib. Vüqar Hüseynov turnirin ən yaxşı boksçusu seçilib.

Həmin kateqoriyadan