Gənc boksçularımız ümidləri doğrultmadılar

Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunan gənclər arasında boks turniri davam edir. Allsport.az xəbər verir ki, komandamız bu yarışda ümidləri doğrutmayıb.

49 kq çəki dərəcəsində mübarizə aparan Samir Hüseynli Qazaxıstan nümayəndəsi Saken Biboşinova uduzaraq yarımfinala vəsiqə qazana bilməyib.

Şükran Mehdiyev də (91 kq) ¼ finalda yarışla vidalaşıb. Boksçumuz rusiyalı Dmitri Marutkinə məğlub olub – 0:3.

Hacı Dilbazovun (75 kq) yolunu da Rusiya nümayəndəsi kəsib. Həmyerlimiz Tulpar Atayevlə dueldən məğlub ayrılıb – 0:3.

Superağır çəki dərəcəsində çıxış edən Nihat Orucov isə Gürcüstan boksçusu Georgi Zurebeani ilə qarşılaşmada zədələnərək görüşü sonadək davam etdirə bilməyib.

Həmin kateqoriyadan