Gənc boksçularımızın Vilnüs səfəri

Martın 20-də Litvanın paytaxtı Vilnüsdə gənc boksçular arasında Dan Poznyakın xatirəsinə ənənəvi beynəlxalq turnir start götürəcək. Allsport.az saytı xəbər verir ki, 13-cü dəfə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.

Baş məşqçisi Vaqif Şirinov ayın 25-dək davam edəcək mübarizədə Maqsud Xasmətov (49 kq), Həsən İbrahimov (52 kq), Nəbi İsgəndərov (56 kq), Nurlan Səfərov (60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov (69 kq), Məhəmməd Yusifov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədova (+91 kq) fürsət verəcək.

Yarış Avropa birinciliyinə hazırlıq məqsədi daşıyır. Turnirdə 20-dən artıq ölkənin iştirakı gözlənilir.

Həmin kateqoriyadan