Gənc cüdoçularımız 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başladılar

Çex Respublikasının paytaxtı Praqada gənc cüdoçuların Avropa kuboku keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü millimiz üçün uğurlu olub.

Rövşən Əliyev (55 kq) və Şəfəq Həmidova (44 kq) bütün rəqiblərinə qalib gəliblər. Balabəy Ağayev (55 kq) və Yaşar Nəcəfov (60 kq) gümüş medalla kifayətləniblər.

Tofiq Məmmədov (60 kq), Nurlan Osmanov (66 kq), Ramilə Əliyeva (44 kq) və Gültac Məmmədəliyeva (52 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan