Gənc cüdoçuların Azərbaycan birinciliyinə yekun vurulub

Sumqayıt olimpiya idman kompleksində U-23 gənclərin Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü cüdoçu oğlanlarda daha 5 çəki dərəcəsində mükafatçılar məlum olub.

Rüfət Məmmədov (73 kq), Samir Ağayev (81 kq), Azər Yaqubov (90 kq), Adil Kərimli (100 kq), Camal Feyziyev (+100 kq) qızıl medal qazanıblar.

Ümumi medal sayında “Neftçi İdman Klubu” İB 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq 1-ci olub. “Atilla” klubu 4 medal (3 qızıl və 1) əldə edərək 2-ci yeri tutub. 5 medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub.

Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin və Cüdo federasiyasının diplom və medalları verilib. 2 gün davam edən ölkə birinciliyində ümumilikdə 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparıb.

Həmin kateqoriyadan