Gənc kikboksçularımız qitə birinciliyində 12 medal qazanıb

Macarıstanın Györ şəhərində kikboksun WAKO versiyası üzrə Avropa çempionati keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışa 39 ölkədən 2000 idmançı qatılıb.

Azərbaycan komandası AKF-in vitse-prezidenti Güloğlan Cabbarov və gənclərdən ibarət yığmanın baş məşqçisi Hakim Haciyevin rəhbərliyi ilə 29 nəfərlə təmsil olunub.

Yekununda bizimkilər 5 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.

Həmin kateqoriyadan