Gənc sərbəst güləşçilərimiz Mazandaranda güclərini sınayacaq

1-2 martda İranın Mazandaran vilayətinin  Behşəhrində şəhid Həşim Nicat kuboku uğrunda gənc sərbəst güləşçilərin beynəlxalq yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə millimiz də iştirak edəcək. Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi ilə 10 bahadırımız Arazın o tayına yollanıb.

Heyətdə Əsgər Məmmədəliyev (57 kq), Tural Hüseynov (61 kq), Elmar Kazımov (65 kq), Davud İbrahimov (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Əshab Həmzətov (92 kq), Əliməhəmməd Alixmayev (97 kq) və Rahid Həmidli (125 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edəcək.

Həmin kateqoriyadan