Gənc şosse velosipedçilərimiz Arazın o tayında ötüşəcək

Gənc oğlanlardan ibarət şosse velosipedi millimiz ilin ilk beynəlxalq yarışında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət komandamız Arazın o tayında yerləşən Kerman şəhərində veloturda mübarizə aparacaq.

Martın 2-də start götürəcək 4-günlük yarışda həmçinin İraq, Oman, İordaniya, Pakistan və Əfqanıstan velosipedçiləri də iştirak edəcək. Bundan başqa, ev sahibi İran “Kerman turu”nda 4 komanda ilə təmsil olunacaq.

İştirakçılar martın 2-də keçiriləcək 1-ci mərhələdə 44 km məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Növbəti 3 gün ərzində isə müvafiq olaraq 98, 58 və 114 km məsafələrə qrup ötüşməsi keçiriləcək.

Həmin kateqoriyadan