Gənc taekvondoçularımız klublararası Avropa çempionatında 13 medal qazanıblar

Azərbaycanın gənc taekvondoçuları Antalyada keçirilən klublararası Avropa çempionatında dünən müxtəlif əyyarlı 13 medala sahib olublar. Allsport.az saytı xəbər verir ki, dayanq üzərinə çıxan Fərid Sultan (51 kq, “Lənkəran”), Orxan Tağızadə (78 kq, “Gilan”) və Mehriban Məmmədova (46 kq, “2 saylı Gömrükçü”) bütün rəqiblərini üstələyiblər.

Xanoğlan Kərimov (45 kq, “2 saylı Sumqayıt Gömrükçü”), Qasım Aslanov (59 kq, “Gilan”), Cavad Ağayev (63 kq, “Gilan”), Həsən İbrahimov (73 kq, “Gilan”) və Mirvari Qənbərli (42 kq, “Gilan”) yalnız finalda uduzublar.

Mübarizəyə qoşulan daha 5 təmsilçimiz Məhəmməd Əlizadə (48 kq, “Gilan”), Ayaz Qənbərli (51 kq, “Gilan”), Sevda Pirseyidova (44 kq, “Savalan”), Nərgiz Mirzəyeva (46 kq, “Gilan”) və Nərmin Süleymanova (52 kq, “Gilan”) 3-cü yer tutublar.

Xatırladaq ki, çempionatın ilk günündə klublarımızın yeniyetmə idmançıları hesablarına 3ç qızıl, 2 gümüş və 4 bürünc olmaqla, 9 medal qazanmışdılar.

Həmin kateqoriyadan