Gənc yunan-Roma güləşçilərimizdən 3 qızıl, 1 gümüş və 1 bürünc

Qazaxıstanın Aktau şəhərində gənc yunan-Roma güləşçilərin beynəlxalq turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi ilə yarışda iştirak edən milli uğurlu çıxış edib.

Kamran Mirzəliyev (63 kq), Ülvi Qənizadə (72 kq) və Nəsir Həsənov (77 kq) bütün rəqiblərini üstələyiblər. Yalnız final görüşündə uduzan Zaur Nuriyev (60 kq) gümüş medalla kifayətlənib. Zülfüqar Əliyev (55 kq) 3-cü yer tutub.

Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Tural Əliyev təmsil edib.

Həmin kateqoriyadan