FOTO
“Gənclər Günü” münasibəti ilə veloyürüş keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası, “İrəli” İctimai Birliyi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi, Dövlət Bayrağı Meydanı və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin təşkilatçılığı ilə “2 Fevral – Gənclər Günü” münasibətilə “Gənclik veloyürüşü” keçirilib.

Allsport.az xəbər verir ki, Dövlət Bayrağı Meydanından start götürən yürüşdə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev, Milli Məclisin üzvü Fuad Muradov, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov da iştirak edib. 100-dən artıq həvəskar və peşəkar velosipedçinin qatıldığı “Gənclik Veloyürüşü” Azadlıq Meydanında başa çatıb.

Qeyd edək ki, veloyürüşün əsas məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat işlərinin aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanması olub.

Həmin kateqoriyadan