Taekvondoçular arasında Azərbaycan çempionatı başlayıb

Dekabrın 24-də “Sərhədçi” Olimpiya İdman Kompleksində gənclər və ustalar arasında taekvondo üzrə Azərbaycan çempionatı başlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri yarışda Bakı və bölgələrdə fəaliyyət göstərən klublardan 310–dək idmançı qatılıb.

Gənclər arasında birincilik (10 çəki dərəcəsində) dekabrın 24-dən 26-dək, böyüklərin mübarizəsi isə dekabrın 27-28-də 8 çəki dərəcəsi üzrə keçiriləcək. Ötən illərdən fərqli olaraq builki birincilik və çempionatda yerli hakimlərdən başqa Rusiya, İran, Koreya Respublikası və Qazaxıstandan ədalət təmsilçiləri də dəvət olunublar.

Həmin kateqoriyadan