Azad Rəhimov: Mxitaryana F-16 qırıcılarının müşayiəti ilə şəxsi təyyarə göndərməliyik?

“Azərbaycan “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verir”. Allsport.az saytı xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov CNN-ə verdiyi müsahibədə deyib. Dövlət rəsmisi bütün mümkün zəmanətləri verdiyini söyləyib:

“Başqa nə etməliyik ki? Dalınca F-16 qırıcılarının müşayiəti ilə şəxsi təyyarə göndərməliyik? Bundan başqa nə edə bilərik axı?. Mxitaryanın Bakıya gələcəyi təqdirdə, təhlükəsizliyinin tam təmin olunacağı ilə bağlı bütün sənədlərin həm UEFA, həm də futbolçunun çıxış etdiyi “Arsenal” klubuna göndərilib”.

Həmin kateqoriyadan