Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfov “İlin fotoqrafı” mükafatını alıb

Nizami Kino Mərkəzində Azərbaycan Fotoqrafları Birliyinin “İlin fotoqrafı – 2014” adlı mükafatlandırma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, 150 ildən artıq tarixi olan Azərbaycan fotoqrafiyası ölkənin tarixi və mədəni inkişafına öz töhfəsini verib. Tarixin müxtəlif dövrlərində Azərbaycanda fotoqrafiya ilə bağlı bir-neçə peşəkar birlik, dərnək və ittifaqlar fəaliyyət göstərib. Bunlardan, 1894-cü ildə Bakı Fotoqraflar dərnəyi, 1923-ci ildə Kino-Foto İşçiləri İttifaqı, 1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyi təsis olunmuşdur. “İlin fotoqrafı” mükafatı 2000-ci ildə AFB tərəfindən təsis edilib.

Artıq AFB-nin Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində və Ağdam rayonunda büroları fəaliyyət göstərməkdədir. May ayının 10-da 15 nəfərlik bir qrup Heydər Əliyev zirvəsini foto yürüşlə ziyarət edib. 2014-cü il AFB-nin böyük bir lahiyədə iştirakı ilə başa vurur.

Avropa Birliyinin “Mədəniyyət Fondunun” maliyyələşdirdiyi “Say Chesse” lahiyəsi Azərbaycanda fotoqrafiya sənətinin inkişafında öz töhvəsini verir. İl ərzində “Photoman-2013” müsabiqəsinin yekunu. “Ölkəm Şərq Əməkdaşlığında” fotomüsabiqəsi, . “Ölkəm Şərq Əməkdaşlığında” foto plenarında 8 fotoqrafımızın“Şərq Əməkdaşlığı” ölkələrində iştirakı.

Azərbaycana gələn “Şərq Əməkdaşlığı” ölkələrindən 8 fotoqraf fotoplenara qatılıb. “Photo-school.eu” onlayn məktəbinin dərslərininə Rüfət Abbas tərəfindən vebinarlara start verilib. Fotoplenarın nəticələri əsasında foto albomun üzərində artıq işlər gedir. Aylıq fotomüsabiqlər hər ayın yekunları ilə qalibləri sevindirir. Birliyin bu il Avrasiya fotoqraflarının birliyinin yaradılmasında Əlzamin Cəfərovun AFB-nin təmsilçisi kimi Spartada iştirak edib. Rauf Umudovun Quşadası Fotoqrafları və Sinema sənəti dərnəyi və Ege Fotoqraf və Sinema Amatörleri Dernəyi ilə AFB arasında tərəfdaşlıq anlaşma protokolu imzalanıb.

Təşkilat komitəsinin qərarı ilə 2014-cü ildə AFB bazasında olan məlumatlar əsasında “İlin Fotoqrafı-2014” qaliblərini ötən illərdəki qaydada təsdiqləyib.

001 003002 005

Həmin kateqoriyadan