Gənclərin ölkə birinciliyində öncüllər diqtə edir

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasında gənclərin Azərbaycan birinciliyində körpücük üzərinə öncə qızlar çıxıblar. Allsport.az saytı xəbər verir ki, Sinkleyr cədvəlinə uyğun yaşı 20-dək olanların mübarizəsində toplam 172 kiloqram (74+98) nəticə və 249,5 xalla Səbinə Əzimova, 23 yaşlılarda isə 152 kiloqram (67+85) nəticə və 233,4 xalla Mərizyə Məhərrəmova qızıl medal qazanıb.

Oğlanlarda 55 kq-da qobustanlı Tehran Məmmədov toplam 196 kiloqram (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayıb. 61 kq-da (100+126) nəticə ilə Elşən Məmmədov qalib adını qazanıb.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldıranların ustalıq səviyyəsinin artırılması, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Həmin kateqoriyadan