Gənclərin qitə birinciliyinə hansı güləşçilərimiz yollanacaq?

3-9 iyunda İspaniyanın Pontevedra şəhərində gənclərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, artıq heyətlər açıqlanıb. Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Niyaz Ərzumanov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Sərxan Məmmədov (130 kq) ibarət yunan-Romaçılarımız böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə çıxış edəcəklər.

Ayın 5-7-də xalça üzərinə qadın güləşçilər çıxacaq. Məşqçi İsaməddin Hüseynovun tapşırıqlarını Şəhanə Nəzərova (50 kq), Ayşən Yusifova (53 kq) və Jalə Əliyeva (62 kq) yerinə yetirməyə çalışacaqlar.

Yarışın son 3 günündə meydan “sərbəstlərin” ixtiyarına veriləcək. Böyük məşqçi Rövşən Hacıyev və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Azər Əhmədov (57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (65 kq), Elmar Kazımov (70 kq), Nəsib İsayev (74 kq), Əbubəkr Abakarov (79 kq), Fuad Mailov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və İslam Abuyev (125 kq) uğur qazanmağa çalışacaqlar. 

Hakimlər briqadasında 2-ci dərəcəli hakim Tural Əliyev yer alacaq.

Həmin kateqoriyadan