Georgi Çixradze: “Heyətdə müəyyən dəyişikliklər olacaq”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Səfər oyununda qol vurmalı idik. Qol buraxmamaq bizim üçün lazım idi. Amma ilk hissədə rəqib bizi əks hücumda yaxaladı və qol vurdu. Daha sonra bizim şansımız olsa da, yararlana bilmədik. İkinci oyunu düşünməliyik. Hesab edirəm ki, cavab oyununda rəqibə daha güclü təzyiq etməliyik. Heyətdə müəyyən dəyişikliklər olacaq”.

Həmin kateqoriyadan