Georgi Çixradze: “Növbəti mərhələyə adlamaq vacib idi”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Növbəti mərhələyə adlamaq vacib idi. Biz ilk oyunda uğurlu futbol sərgiləmişdik, qələbə qazanmışdıq. Amma buna baxmayaraq, arxayınlaşmamışdıq. Meydançaya çıxıb, öz oyunumuzu sərgilədik. Artıq kuboku unutmalı və çempionatın növbəti görüşünə hazırlaşmalıyıq”.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda “Simurq” “Qəbələ”yə 3:0 hesabıyla qalib gəlmişdi.

Həmin kateqoriyadan