Georgi Çixradze: “Biz liderə qarşı oynayırdıq”

“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox vacib oyunda qələbə qazandıq. Biz liderə qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçular oyuna kökləndilər. Çox xallar itirmişik. Bu gün isə çox vacib qələbə əldə etdik. Mən futbolçuları və azarkeşləri təbrik etmək istəyirəm.

Fanatlar həmişə bizə dəstək olurlar. Bizim məqsədimiz yaxşı yerlər uğrunda mübarizə aparmaqdı. Həm çempionatda, həm də kubokda mübarizəmiz davam edir”.

Həmin kateqoriyadan