Gimnastika federasiyası 3-cü yerə layiq görülüb

Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası tərəfindən (BGF) 2014-cü ildə fərqlənən üzv federasiyalar arasında 3-cü yerə layiq görülüb. Allsport.az xəbər verir ki, bu qərar 2015-ci il fevral ayının sonunda BGF-nın Lozanna (İsveçrə) şəhərində yerləşən baş ofisində İcraiyyə Komitəsinin növbəti iclasında qəbul edilib.

Mükafata layiq görülən ölkələr sırasına Belarus (1), Bolqarıstan (2), Rusiya (4) və Çin (5) də daxildir. Fərqlənən federasiyalara BGF tərəfindən 1-ci yerə 15000, 2-ci yerə 12500, 3-cü yerə 10000, 4-cü yerə 7500, 5-ci yerə 5000 İsveçrə frankı pul mükafatı təqdim olunacaq.

Həmin kateqoriyadan