Akrobatlarımızdan növbəti medal

İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında yığmamız növbəti medalını qazanıb.

Allsport.az xəbər verir ki, çempionatın ikinci günündə növbəti medal xəbəri qarışıq cütlükdə çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan gəlib. Balans hərəkətləri üzrə final çıxışlarına görə 28,130 xal alan gimnastlar 3-cü yer tuutblar.

Böyüklər arasında çıxış edən Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü isə temp hərəkətlərinin finalında 6-cı yerdə qərarlaşıblar.

Çempionatın ilk günündə gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıblar.

Həmin kateqoriyadan