Gimnastlarımız Sofiyada 8-ci yerə layiq görüldülər

Budapeştin ardınca bədii gimnastika üzrə Dünya Kuboku iştirakçılarını Bolqarıstanın Sofiya şəhəri qəbul edib. Allsport.az xəbər verir ki, 37 ölkənin bədii gimnastları çoxfunksiyalı “Arena Armeyets Sofiya” adlı idman kompleksində həm fərdi proqramda, həm də qrup hərəkətlərində öz çıxışlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, Azərbaycanın qrup komandası çoxnövçülükdə 8-ci yerə layiq görülüb.

Fərdi proqramda çıxış edən gimnastımız Marina Durunda 4 çıxışın nəticələrinə əsasən 8-ci yerdə qərarlaşıb. Digər gimnastımız Ayşən Bayramova isə 21-ci olub.

Sofiyada “Dundee” Dünya Kuboku ilə parallel olaraq, beynəlxalq turnir də keçirilib. Bu yarışda da Azərbaycan təmsilçiləri Gülsüm Şəfizadə və Zeynep Celep öz çıxışlarını hakimlər qarşısında nümayiş etdiriblər. Nəticədə, çoxnövçülükdə Gülsüm Şəfizadə 3-cü, Zeynep isə 6-cı yerdə qərarlaşıb.

Həmin kateqoriyadan