“Kiprdə ermənilər çoxdur, amma “Qarabağ”la oyunda polis çox olacaq və hamıya nəzarət edəcək”

APOEL-in futbolçusu Giorgos Merkis qitə liqasının “A” qrupunda baş verən siyasi olaylara münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, müdafiəçi “Qarabağ”a qarşı çirkin addımları pisləyib:

“Futbolu siyasətə qatmaq niyyətimiz yoxdur, ümumiyyətlə qatmaq da olmaz. Biz sadəcə, idmançıyıq, işimiz meydanda mübarizə aparmaqdır. Siyasətə qarışmaq fikrimiz isə qəti yoxdur. “Düdelanj” – “Qarabağ” matçında baş verən hadisədən xəbərim var. İnsanları üz-üzə qoymaları doğru deyil.

Bəli, Kiprdə ermənilər çoxdur. Amma polislər də çox olacaq və hamıya nəzarət edəcəklər. Ona görə də narahat olmağa dəyməz. Biz sadəcə, meydanda futbol oynamaq istəyirik. “Qarabağ” və APOEL eyni səviyyədə olan komandalardır.

Təbii ki, hər iki matç çox çətin alınacaq. Fikrimcə, əsl finallıq oyunlar olacaq. Məncə, çox şey də “Qarabağ”la oyunlarda həll olunacaq”.

Həmin kateqoriyadan