“Görüşləri fərqli zallarda keçirməyimiz, oyunun axarına təsir edən amillərdəndir”

Futzal milinin qapıçısı Rövşən Hüseynli  Latviyaya qarşı keçirdikləri 2-ci yoxlama oyunundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, 2:2 hesabı ilə başa çatan görüşü belə dəyərləndirib:

“İlk oyunla müqayisədə bu dəfə meydana fərqli taktika ilə çıxmışdıq. Müdafiədən oynayıb, rəqibi əks-hücumda yaxalamalı idik. Ancaq oyunun gedişində baş məşqçi fikrini dəyişdi və pressinq tətbiq etməyimizi istədi. Oyuna aşağı templə başladıq.

Uzaq yol qət etməyimiz, ardıcıl ikinci gün oynamağımız, uzun müddət birgə matça çıxmamağımız, hər iki oyunu fərqli zallarda keçirməyimiz oyunun axarına təsir edən amillərdəndir. Meydana ancaq ikinci hissədə uyğunlaşa bildik. Rəqib isə müdafiədə daha yaxşı oynadı, çox istəkli idilər. Bu da meydan sahibi olmaqlarından irəli gəlir.

Hər iki oyunda səhvlərimizi gördük. Dünya çempionatının oyunlarına qədər vaxtımız var. Çox çalışmalıyıq ki, səhvlərimizi düzəldək, oyunlara yaxşı hazırlaşaq”.

Həmin kateqoriyadan