“Göteborq”un baş məşqçisi “Qarabağ”la cavab oyununa 20 futbolçu seçib

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyununa çıxacaq İsveçin “Göteborq” klubu bu gün Azərbaycana gələcək. Allsport.az saytı xəbər verir ki, rəqib baş məşqçi Yorgen Lennartson Bakıya gətirəcəyi heyəti tam müəyyənləşdirib. O, cavab matçı üçün 20 futbolçu seçib:

Con Alvboqe, Pontus Dalberq, Erik Dalin – Emil Salomonsson, Skott Ceymison, Mattias Byarsmyur, Yalmar Yonsson, Tomas Roqne, Billi Nordstrem – Louson Sabah, Sebastyan Eriksson, Yakob Ankersen, Mads Albek, Seren Riks, Tom Pettersson, Martin Smedberq, Prosper Kasim – Tobias Hyusen, Mikael Boman, Elias Mar Omarsson.

Xatırladaq ki, “Qarabağ” – “Göteborq” matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:30-da start götürəcək. Tərəflər arasında İsveçdə baş tutan ilk oyun 0:1 hesablı məğlubiyyətimizlə başa çatıb.

Həmin kateqoriyadan