«Göy-ağlar» İsveçrə klubuna qıymadı

Dünən qadın voleybolçuların Çağırış kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Allsport.az saytı xəbər verir ki, bu yarışda yeganə təmsilçimiz «Azərreyl» doğma divarlar arasında İsveçrə «Könits» klubunu qəbul edib.

Adı çəkilən matçda səviyyə öz sözünü deyib; «göy-ağlar» rəqibi tam üstünlüklə yenib – 3:0 (25:18; 25:21; 25:21).

Həmin kateqoriyadan