Gözəl Zutova dünya seçmə yarışında bürünc medala yiyələnib

Türkiyənin İstanbul şəhərində Rio-2016-ya vəsiqə verən 2-ci dünya təsnifat turniri keçirilir. Allsport.az saytının məlumatına görə, yarışda finala yüksələn hər bir güləşçi həm də olimpiadaya lisenziyanı təmin edir.

İlk yarış günündə 66 kq-da yunan-Roma güləşçimiz Rəsul Çunayev Braziliyaya yollanmaq hüququna yiyələnib. Dünən qadın güləşçimiz Gözəl Zutova Rioya vəsiqə qazanmasa da, fərqlənə bilib. O, ilk görüşdə Hindistandan Kiran Kiranı, ardınca Monqolustandan Burmaa Oçirbatı vaxtından əvvəl məğlub edib.

Yarımfinalda Almaniya təmsilçisi Maria Selmaier ilə gərgin keçən görüşdə uduzan güləşçimiz finala yüksələ və olimpiadaya vəsiqə əldə edə bilməyib. Gözəl Zutova bürünc medal uğrunda görüşə çıxıb. Norveç təmsilçisi Maria Solheim üzərində tam üstünlüklə qələbə qazanan idmançımız təsnifat turnirinin bürünc medalına yiyələnib.

Həmin kateqoriyadan