«Güləş döşəyinin rəngləri, hakimlərin geyimlərinin dəyişməsini təqdir edirəm»

Xəbər verdiyimiz kimi, Birləşmiş Güləş Dünyası bahadırların və hakimlərin geyimində dəyişiklik edəcək. Uzun illərdir referilər meydana kostyum və qalstukla çıxırlar. Tezliklə bu geyimləri polo göynəklə tək şalvar əvəzləyəcək. Allsport.az saytının məlumatına görə, UWW-un son qərarını AGF-in 1-ci vitse-prezidenti Namiq Əliyev də dəstəkləyir. Müsahibin fikrincə, indiki geyimlərdə ədalət təmsilçiləri o qədər də sərbəst hərəkət edə bilmirlər:

«Güləş sürət, çox cəldlik tələb edən idman növlərindəndir. Bunun üçün hakimlərdə mübarizə zamanı çevik olmalıdırlar. Məncə, indiki geyimlərdə onlar elədə ani reaksiya göstərə bilmirlər. Bu da istər-isəməz bəzi məqamalarda xalın verilməsində müyyən tərəddüd yarada bilər. Geyimlər rahat olandan sonra, hakimlər hər vəziyyətdə güləşçiləri daha yaxşı izləcə biləcəklər, rəqabətin tam içində olacaqlar».

Namiq Əliyev güləş döşəyinin sarı-qırmızıdan, tünd göy və narıncı rəngə keçməsinə də münasibət bildirdi. Dedi ki, 1972 ildə Munhen Olimpiadasında tətbiq olunmuş bu qayda, o zaman teleyayımların əsasən ağ-qara rəngdə aparılmasına hesablanmışdı. İndi isə, hər şey müasirləşib və yeniliklərə ehtiyac var. Bu üzdən döşəklərdə rənglərin dəyişməsi və güləşçilərin geyimlərinin modernləşməsini təqdir edirəm.

Həmin kateqoriyadan