Güləş üzrə ölkə çempionatı qalmaqalla başladı

Bakı idman sarayında güləş üzrə Azərbaycan çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk gündə meydan yunan-Roma üsulunda çıxış edənlərə verilib. 10 çəkidə 206 pəhləvan qüvvəsini sınayıb. Gündüz keçirilən görüşlərdə yarımfinalçılar müəyyənləşib. Axşam isə qızıl medal uğrunda güləşənlər bilindi.

Bu mərhələdə 2 tutaşmada gərginlik yaşandı. “B” döşəyində 67 kq-da millinin 2 üzvü,  Kamran Məmmədovla Elman Muxtarov arasında mücadilədə adı 2-ci çəkilən qalib gəldi (4:2). Nəticə ilə razılaşmayan qarşı tərəfin adamları qalmaqal yaratdı: 2-ci dərəcəli beynəlxalq hakim Elman İsmayılova təzyiq edildi. AGF rəhbərliyinin müdaxiləsindən sonra məsələ yoluna qoyuldu.

“A” xalçasında Azad Əliyev və Sənan Süleymanovun mübarizəsində adı ilk çəkilən 2 dəfə hakimlərə şikayət etdi. Onun narazılığı rəqibinin onu dişləməsi idi. Sonda buna görə Azad Əliyevə 1 xal verildi və hesab 4:4 bitdi. Qaydaya görə, bu halda axırıncı qazanan qalib elan olunur. Vəziyyətlə barışmayan Sənan Süleymanovun məşqçisi rəqib güləşçiyə və referilərə narazılıq etdi.

Təsəlliverici və medal üçün tutaşmalar sabah keçiriləcək. Qeyd edək ki, yarış “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanır. Awf.az-ın məlumatına görə, tədbirin açılışı dekabrın 19-da saat 16:30 başlayacaq:

55 kq
FİNAL – Zaur Əliyev (Lokomotiv) – Ziya Zeynalov (Neftçi)
1/2 final – Rəşad Abdulov (Sumqayıt-Zenit) – Zaur Əliyev (Lokomotiv) 2:10
1/2 final – Ziya Zeynalov (Neftçi) – İbrahim Nurullayev (Gömrükçü) *4:4
1/4 final – Azər Qurbanov (Zəngilan) – Rəşad Abdulov (Sumqayıt-Zenit) 1:11
1/4 final – Zaur Əliyev (Lokomotiv) – Seymur Hüseynov (DİN) 9:0
1/4 final – Azər Nəsibli (Sumqayıt-Təhsil) – Ziya Zeynalov (Neftçi) 6:16
1/4 final – Fail İsgəndərov (DİN) – İbrahim Nurullayev (Gömrükçü) 3:4

60 kq
FİNAL – Murad Bazarov (MOİK) – Mikayıl Rəhmanov (UGİM-3)
1/2 final – Amil Abbasov (Neftçi) – Murad Bazarov (MOİK) 2:9
1/2 final – Mikayıl Rəhmanov (UGİM-3) – Elvin Kərimov (Neftçi) 12:3
1/4 final – Amil Abbasov (Neftçi) – Yusif Soltanlı (FHN) 13:4
1/4 final – Murad Bazarov (MOİK) – Nəcməddin Dadaşzadə (Lənkəran) 13:2 
1/4 final – Nadir Süleymanov (Kürdəmir) – Mikayıl Rəhmanov (UGİM-3) 0:9
1/4 final – Fərid Qafarov (UGİM-9) – Elvin Kərimov (Neftçi) 2:10

63 kq
FİNAL – Taleh Məmmədov (Gömrükçü) – Murad Məmmədov (Sumqayıt-MOİK)
1/2 final – Taleh Məmmədov (Gömrükçü) – Zaur Nuriyev (Məhsul) 6:1
1/2 final – Elvin Mustafayev (Neftçi) – Murad Məmmədov (Sumqayıt-MOİK) 0:9
1/4 final – Taleh Məmmədov (Gömrükçü) – Elnur Musayev (Neftçi) 8:0
1/4 final – Zaur Nuriyev (Məhsul) – Kənan Cəfərov (MOİK) 2:0
1/4 final – Toğrul Quluzadə (ROIL) – Elvin Mustafayev (Neftçi) 0:9
1/4 final – Əsgər Əlizadə (Gömrükçü) – Murad Məmmədov (Sumqayıt-MOİK) 7:9

67 kq
FİNAL
 – Elman Muxtarov (Gömrükçü) – Kərim Cəfərov (Gömrükçü)
1/2 final – Kamran Məmmədov (DİN) – Elman Muxtarov (Gömrükçü) 2:4
1/2 final – Kazbek Fətəliyev (Qusar) – Kərim Cəfərov (Gömrükçü) 1:9
1/4 final – Kamran Mirzəliyev (Neftçi) – Kamran Məmmədov (DİN) 1:6
1/4 final – Rövşən Tağıyev (Təhsil) – Elman Muxtarov (Gömrükçü) 0:4
1/4 final – Kazbek Fətəliyev (Qusar) – Xasay Həsənli (Neftçi) 4:2
1/4 final – Kərim Cəfərov (Gömrükçü) – Məhəmmədəli Həsənov (Gənclik) 6:2

72 kq
FİNAL
 – İslambek Dadov (Atasport) – Azad Əliyev (Gömrükçü)
1/2 final – İslambek Dadov (Atasport) – Səbuhi Nağıyev (Spartak) 9:0
1/2 final – Azad Əliyev (Gömrükçü) – Sənan Süleymanov (MOİK) *4:4 (Süleymanov idmançıya yaraşmayan hərəkətlərinə görə yarışdan xaric edilib)
1/4 final – İslambek Dadov (Atasport) – Səyyad Əliyev (Neftçi) 9:0
1/4 final – Natiq Maşanov (Gömrükçü) – Səbuhi Nağıyev (Spartak) 8:10
1/4 final – Niyaz Ərzumanov (Sumqayıt-Zenit) – Azad Əliyev (Gömrükçü) 0:3
1/4 final – Sənan Süleymanov (MOİK) – Vəfadar Cəfərov (ROİL) 9:0

77 kq
FİNAL – Rüstəm Əliyev (DİN) – Nəsir Həsənov (DİN)
1/2 final – Cavid Kazımov (MOİK) – Rüstəm Əliyev (DİN) 2:5
1/2 final – Həsən Əliyev (MOİK-Neftçi) – Nəsir Həsənov (DİN) 4:7
1/4 final – Cavid Miralayev (Hövsan) – Cavid Kazımov (MOİK) 3:6
1/4 final – Samir Bayramov (Neftçi) – Rüstəm Əliyev (DİN) 0:4
1/4 final – Həsən Əliyev (MOİK-Neftçi) – Dənizxan Əzimov (Gömrükçü) 8:0
1/4 final – Nəsir Həsənov (DİN) – Hüseyn Abbasov (Sumqayıt-Zenit) 2:0

82 kq

FİNAL – Elvin Mürsəliyev (Neftçi) – Elməddin Ramazanov (Neftçi) 
1/2 final – Elvin Mürsəliyev (Neftçi) – Aslan Məmmədov (ROİL) 9:0
1/2 final – Elməddin Ramazanov (Neftçi) – Elton Vəzirzadə (Neftçi) 9:0
1/4 final – Elvin Mürsəliyev (Neftçi) – Nicat Abdullayev (Beyləqan) 9:0
1/4 final – Aslan Məmmədov (ROİL) – Elcan Rəfiyev (ROİL) 4:1
1/4 final – Elməddin Ramazanov (Neftçi) – Qafar Fərzəliyev (Gənclik) 8:0
1/4 final – Elton Vəzirzadə (Neftçi) – Kənan Mirzəxanlı (DİN) +:-

87 kq
FİNAL – İslam Abbasov (Sumqayıt-Neftçi) – Rafiq Hüseynov (MOİK)
1/2 final – İslam Abbasov (Sumqayıt-Neftçi) – Orxan Qədirxanov (DİN) 6:0
1/2 final – Rafiq Hüseynov (MOİK) – Rüfət Hüseynov (DİN) +:-
1/4 final – Xəzər Rzayev (Gəncə) – İslam Abbasov (Sumqayıt-Neftçi) 4:12
1/4 final – Orxan Qədirxanov (DİN) +:-
1/4 final – Rafiq Hüseynov (MOİK) – Elton Əzimli (Neftçi) 6:0 (tuşe)
1/4 final – Rüfət Hüseynov (DİN) – Rüfət Məmmədov (Göyçay) 6:1

97 kq
FİNAL – Adil Hüseynov (DİN) – Arif Niftullayev (Neftçi)
1/2 final – Orxan Nuriyev (MOİK) – Adil Hüseynov (DİN) 2:1 (tuşe)
1/2 final – Laçın Vəliyev (MOİK) – Arif Niftullayev (Neftçi) 0:7 (tuşe)
1/4 final – Murad Səfərov (Zəngilan) – Orxan Nuriyev (MOİK) 0:5 (tuşe)
1/4 final – Məftun Qasımov (Beyləqan) – Adil Hüseynov (DİN) 0:8
1/4 final – Seymur Nizami (Gəncə) – Laçın Vəliyev (MOİK) 5:13
1/4 final – Arif Niftullayev (Neftçi) – Zamir Məhəmmədov (Atasport) 7:2

130 kq
FİNAL – 
Musa Mirzəyev (Quba) – Oyan Nəzəriani (Atasport)
1/2 final – Musa Mirzəyev (Quba) – Akif Səfərov (Gömrükçü) 3:0 (tuşe)
1/2 final – Elmir Şirinov (Gəncə) – Oyan Nəzəriani (Atasport) 3:12
1/4 final – Tarış Əbilov (Zəngilan) – Musa Mirzəyev (Quba) 0:8
1/4 final – Akif Səfərov (Gömrükçü) – Hüseyn Hüseynov (Cəngi) 5:0 (tuşe)
1/4 final – Elmir Şirinov (Gəncə) – Səbuhi Hümbətov (FHN) 8:0
1/4 final – Sərxan Məmmədov (Lokomotiv) – Oyan Nəzəriani (Atasport) 6:1 

Həmin kateqoriyadan