Güləşçilər 20 yanvar şəhidi Müşviq İsayevin xatirə turnirində

16-17 yanvarda Bakıda Müşviq İsayevin xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşçiləri arasında sayca 18-ci beynəlxalq turnir keçiriləcək. Allsport.az xəbər verir ki,  yarış 20 yanvar şəhidinin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan güləşçilərin iştirakı gözlənilir.

İki gün davam edəcək yarış “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək. Turnirin rəsmi açılış mərasimi yanvarın 16-da saat 17:00-da başlayacaq. İlk gün sərbəst, ikinci yarış günündə isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Çəki dərəcələri üzrə ilk 3 yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər.

Həmin kateqoriyadan