- Baxış sayı: 82
- 18 Mart 2024 21:30
- Baxış sayı: 73
- Mart 17, 2024
- 0
Məlum olduğu kimi, 20-28 oktyabrda Budapeştdə güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk olaraq Macarıstan paytaxtına “sərbəstlər” yollanıblar. Komanda səfərdən öncə rəsmi geyimi nümayiş etdirib.
AGF 1-ci dəfə milli brenddən yararlanıb. “İL’ Azero” şirkəti heyəti gözəl ölçüdə geyindirib. Dünya çempionatında iştirakı üçün məxsusi hazırlanan formada Azərbaycan bayrağının rənglərindən və milli naxışlardan istifadə olunub.
“Bir azərbaycanlı”nın təsisçisi İlqar İmamquliyev yarış zamanı Budapeştdə olacaq və bir sıra görüşlər keçirəcək.