Güləşçilərimiz Konyadan 6 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdırlar

21-22 apreldə Türkiyənin Konya şəhərində 5-ci Rumi Uşaq İdman Oyunları çərçivəsində güləş yarışları keçirilib. Allsport.az saytı xəbər verir ki, turnirdə Türkiyə və Konya şəhər yığma komandaları ilə yanaşı, Azərbaycan Bolqarıstan, Qırğızıstan, İran, Makedoniya,  mübarizə aparıblar.

Kiçik yaşlı yeniyetmələrin mübarizəsində ölkəmizi məşqçilər Elşad Abdullayev və Namiq Quliyevin rəhbərliyi altında 9 güləşçi təmsil edib. Pəhləvanlarımız həm sərbəst, həm də yunan-Roma güləşi növlərində qüvvələrini sınayıb. Güləşçilərimiz Vətənə 6 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdır.

Sərbəst güləş yarışlarında güləşçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Tural Əsgərov (38 kq), Məmməd Əhmədov (46 kq), Turan Bayramov (50 kq) və Əbdülxalid Quluzadə (66 kq) qazandırıb. 54 kq çəkidə mübarizə aparan Rəşad Əzizov yalnız finalda uduzaraq gümüş medala kifayətlənib. Məhəmmədəli Quliyev (42 kq), Vahid Əlizadə (58 kq) və Valeh Həmidov (66 kq) bürünc medala yiyələnib.

Yunan-Roma güləşi növündə də qüvvələrini sınayan güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. 50 kq-da Turan Bayramov və 58 kq-da Vahid Əlizadə bütün rəqiblərindən üstün olub. Əbdülxalid Quluzadə (66 kq) gümüş, Valeh Həmidov (66 kq) isə bürünc medal qazanıb.

Hər iki növ üzrə komanda sıralamasında yığmamız üçüncü yerdə qərarlaşıb.

13_5-13464-920-485-100-wm-right_bottom-100-imageswmpng

Həmin kateqoriyadan